Aydınlar EİB

Biblical_ProphetsBelə bir fakt var ki, dindar insanlar öz yazılarında və danışıqlarında adətən ya Qurandan, ya da ilahi nümayəndələrdən sitatlar gətirir. Qeyri-dindar intellektual təbəqənin də zehnində adətən dindar təbəqəyə bu məsələ ilə bağlı qarşı sanki etiraz ruhlu belə bir sual olur: “tarixən yaşamış böyük mütəfəkkirlərin, filosofların, elm adamlarının gözəl, faydalı, istiqamət verici sözləri olduğu halda, bunlar niyə daima hər yerdə ancaq və ya əksərən Quran ayələri və hədislər yazırlar, danışırlar və bir növ dünyaya açılmırlar?”
Qısa olaraq belə cavablandırardım: Tarixdə Allahın yer üzündəki nümayəndəsi olmayıb dahi şəxsiyyət olan, sosial və ya dəqiq elmlərdə seçilən mütəfəkkir və alimlərin olmasını heç kim inkar edə bilməz. Onların dəyərli sözlərinin olduğu da danılmazdır və bunlardan yeri gəldikdə istifadə olunmalıdır. Amma bir şeyi də nəzərə alaq ki, onlar nə qədər də dahi olsalar Allahla birbaşa kontaktlarının olmaması və digərlərində belə bir ünsiyyətin olması əslində çox böyük faktordu. Məsələn, bir filosof əqli qabiliyyətlərinin, vicdanının, mühitinin, aldığı tərbiyənin, oxuduqlarının, gördüklərinin, eşitdiklərinin, başına gələnlərin və hətta nəfsinin təsiri ilə əldə etdiyi, özündə formalaşdırdığı və əksər hallarda daima dəyişən öz nisbi həqiqət anlayışını ifadə etdiyi halda, peyğəmbərlər sadalanan bu fərdi faktorların heç birinin yer almadığı və birbaşa Allahdan, Yaradandan, İdarə Edəndən, Qanun Qoyandan, Haqdan gələn bilgi və ruhaniyyəti, yəni həqiqəti ifadə edir və bununla əslində hər hansı həyati mövzuda başqa qaynaqlara ehtiyac yeri qoymur.
Ümid edirəm cavabım sağlam fəlsəfəyə və vicdani-rasional yanaşmaya zidd bir mövqe kimi qiymətləndirilməyəcək.
Elçin Əmmar Həsən
FacebookTwitterGoogle+LinkedInRedditPinterestDiggStumbleUpontumblrbufferflattrEmail
admin On November - 25 - 2013

Categories

KÖŞƏ YAZISI

Tags

Related Posts

[related_posts]